14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
AK rəhbəri Reşetnikovla dialoqdan sonra Vuçeviçlə görüşü ləğv edib
Tarix: 25-10-2024 22:49 | Bölmə: Siyasət

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leynen Serbiyanın baş naziri Miloş Vuçeviçlə görüşü ləğv edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu qərara səbəb Vuçeviçin Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikovla görüşü olub. Bu barədə Aİ-nin Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Coffre məlumat verib.
Vuçeviç bundan əvvəl Resetnikovla görüş keçirib, görüşdə Moskva və Belqrad arasında ikitərəfli iqtisadi əməkdaşlığın müzakirəsi planlaşdırılırdı. Serb rəsmisi ilə fon der Leynen arasında dialoqun elə həmin gün Aİ və Serbiya nümayəndə heyətlərinin plenar iclası və mətbuat konfransı çərçivəsində baş tutması planlaşdırılırdı.
“Biz (Serbiyanın) Baş naziri ilə görüşü onun Rusiya Federasiyasının naziri [Maksim Reşetnikov] ilə görüşündən sonra ləğv etdik”, - Avropa diplomatiyasının sözçüsü "France-Presse" agentliyinə bildirib.
Daha əvvəl Reşetnikov bildirib ki, Moskva və Belqrad 2025-2030-cu illər üçün strateji iqtisadi əməkdaşlıq proqramını imzalamağa hazırlaşır. Nazir əlavə edib ki, ölkələr kənd təsərrüfatı, turizm və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığı inkişaf etdirməyə hazırdırlar.



Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər