Bütün xəbərlər
Bayden Paşinyanı ilin sonuna qədər Azərbaycanla sülh sazişləri imzalamağa çağırıb
Tarix: 22-10-2024 22:18 | Bölmə: Siyasət

ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyanı ilin sonuna qədər Azərbaycanla sülh sazişləri imzalamağa çağırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bayden Paşinyana deyib ki, ABŞ iki ölkə arasında sülh danışıqlarındakı irəliləyişdən məmnundur və onun imzalanmasının Ermənistanın təhlükəsizliyinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.
Amerika prezidentinin Ermənistanın baş nazirinə ünvanladığı məktubda vurğulanır ki, “sülh sazişinin qalan maddələrinin yekunlaşdırılması əzmkarlıq, ixtiraçılıq və kompromis tələb edəcək”.
Bundan əvvəl Paşinyan bildirib ki, İrəvan Bakı ilə sülh danışıqlarında böyük irəliləyiş əldə edə bilib. Onun hesablamalarına görə, sentyabrın sonunda sülh sazişinin mətni 80% işlənib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər