Bütün xəbərlər
“Gürcü arzusu” prezident Zurabişviliyə qarşı impiçment prosesini bərpa edəcək
Tarix: 07-10-2024 22:20 | Bölmə: Siyasət

Gürcüstanda hakim partiya növbəti dəfə prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunu bərpa edir, parlamentin spikeri Şalva Papuaşvili bildirib.
"Parlament çoxluğu impiçment prosedurunu bərpa etmək qərarına gəlib" deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, prosedura Zurabişvilinin xaricə, xüsusən də Fransa, Belçika, Almaniya və Polşaya səfərləri ilə əlaqədar başlayıb. Onların hamısı hökumətlə razılaşdırılmayıb. Gürcüstan prezidenti mövcud konstitusiyaya uyğun olaraq parlamentdən səfər etmək üçün icazə almalıdır.
Salome Zurabişvili ilə Qərb siyasətçiləri arasında görüşlər, Papuaşvilinin fikrincə, Gürcüstanın daxili işlərinə müdaxilədir.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər