Bütün xəbərlər
Zelenski: "Qarşıdakı bir neçə ay həlledici olacaq"
Tarix: 24-09-2024 00:38 | Bölmə: Siyasət

Kiyev rejiminin lideri Vladimir Zelenski bildirib ki, yaxın bir neçə ay Rusiya ilə münaqişədə həlledici olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenski bu barədə Amerika Nailiyyətlər Akademiyasının mükafatlarının təqdimat mərasimində bildirib. Onun sözlərinə görə, Ukraynanın münaqişənin nə ilə nəticələnəcəyini müəyyən etmək üçün çox vaxtı yoxdur.
Ukrayna prezidenti onu da vurğulayıb ki, ölkə növbəti onilliklərin taleyinin həll olunacağı yaxın bir neçə ayı itirməmək üçün daha sürətli hərəkət etməlidir.
Bundan əlavə, Zelenski yenidən Amerika hakimiyyətinə “Ukraynanın qələbəsi üçün plan” təqdim edəcəyini bildirib. Bundan əvvəl Kiyev rejimi liderinin ofisi bu planın beş bənddən ibarət olduğunu bildirmişdi.


Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər