18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
İran prezidenti: "Biz Rusiyaya silah verməmişik"
Tarix: 16-09-2024 20:02 | Bölmə: Siyasət

İran prezidenti Məsud Pezeşkian Rusiyaya silah tədarükü ilə bağlı iddiaları təkzib edərək, Tehranın Moskva ilə münasibətləri saxlamaq hüququna malik olduğunu qeyd edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Pezeşkian vəzifəyə gəldikdən sonra ilk mətbuat konfransını keçirərək, Avropa rəsmilərinin Rusiyanı ballistik raketlərlə təchiz etmək ittihamlarına cavab verib.
İran prezidenti hakimiyyətə gəldikdən sonra “heç bir silahın ötürülmədiyini” vurğulayıb.
“Biz Rusiyaya silah verməmişik”, – Pezeşkian deyib.
Eyni zamanda, Pezeşkian hər iki ölkənin ikitərəfli əməkdaşlığı inkişaf etdirmək hüququna malik olduğuna işarə edib. Onun sözlərinə görə, Tehran həmişə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub.
İran prezidentinin əlavə etdiyi kimi, münaqişə NATO ölkələrinin özləri tərəfindən təhrik edilib və bu, şərqə doğru genişlənməmək barədə razılaşmanı pozub.
Ötən bazar günü Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, Vaşinqton Moskva ilə Tehran arasında mübahisə etmək istəyir və ABŞ başqalarının işinə burnunu soxmamalıdır.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər