09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
Volodin: "Moskva Rusiya Federasiyasının dərinliklərindəki zərbələrə daha güclü silahlarla cavab verəcək"
Tarix: 11-09-2024 12:28 | Bölmə: Siyasət

Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrini Rusiya ərazisinin dərinliklərinə endirmək üçün uzaqmənzilli silahlarla təmin etməyə razılaşarsa, Moskva daha güclü və dağıdıcı silahlarla cavab verməyə məcbur olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
Parlamentarinin sözlərinə görə, Vladimir Zelenski ABŞ, Almaniya, Fransa və Böyük Britaniyaya uzaqmənzilli silahların tədarükü tələbi ilə müraciət edərək, onları münaqişənin birbaşa iştirakçılarına çevirir.
"Bütün bunlar ona gətirib çıxaracaq ki, ölkəmiz daha güclü və dağıdıcı silahlardan istifadə edərək, öz vətəndaşlarını müdafiə edərək cavab verməyə məcbur olacaq", - Volodin Telegram kanalında yazıb.
Volodin həmçinin əmin olduğunu bildirib ki, Zelenski hakimiyyətdə qala bilməyəcək.
Bu həftənin əvvəlində ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, Vaşinqton Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmaq xahişinə baxacaq.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər