Bütün xəbərlər
Vladimir Putin Oleq Ozerovu Moldovaya səfir təyin edib
Tarix: 10-09-2024 13:26 | Bölmə: Siyasət

Oleq Ozerov Rusiya Federasiyasının Moldovadakı səfiri təyin edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Digər sərəncamla dövlət başçısı Oleq Vasnetsovu bu vəzifədən azad edib. Sənədlər hüquqi informasiyanın rəsmi internet portalında yerləşdirilib.
Vasnetsov 2018-ci ilin iyulundan Rusiyanın Moldovadakı səfiri vəzifəsində çalışır.
2020-ci ilin mayında Ozerov Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya-Afrika Tərəfdaşlıq Forumu katibliyinin rəhbəri təyin edilib.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər