Bütün xəbərlər
Bakı AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş şəxslərin ölkəyə girişinə qadağa qoyub
Tarix: 25-08-2024 11:09 | Bölmə: Siyasət

AŞPA-da Azərbaycanın əleyhinə səs verən şəxslər persona non qrata siyahısına daxil edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin mandatı bərpa olunana qədər həmin şəxslərin ölkəyə girişi qadağandır.
Almaniya parlamentinin üzvü Frank Şvabe Azərbaycanı və ölkə rəhbərliyini tənqid edib. “Qeyd etmək istərdim ki, adı bir sıra korrupsiya və gizli biznes əlaqələri hallarında hallanan... Şvabenin açıqlamaları bu şəxsin nə qədər qərəzli, fırıldaqçı və ikiüzlü siyasətçi olduğunu göstərir”, - deyə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
Siyasi sabitlik və iqtisadi inkişaf baxımından lider dövlətlərdən biri olan Azərbaycanın siyasi rəhbərliyinə ünvanlanan bəyanatlar Azərbaycanın uğurlarına qərəzli münasibətdən xəbər verir.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini genişləndirməyən qərar layihəsini təsdiqləməsi ilə əlaqədar Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırıb. Beləliklə, Azərbaycan ilin sonuna kimi AŞPA-nın işində iştirak etmək hüququndan məhrum edilib.


Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər