Bütün xəbərlər
İsrail Katz Hizbullaha qarşı mübarizədə İsrailə dəstək verməyə çağırıb
Tarix: 25-08-2024 10:44 | Bölmə: Siyasət

İsrailin xarici işlər naziri İsrael Katz X sosial şəbəkəsində Hizbullaha qarşı mübarizədə digər ölkələrə dəstək çağırışı dərc edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Katz onlarla xarici həmkarına müraciət etdi. İsrail yalnız Livandan silsilə zərbələr endirməyə hazır olması barədə məlumatlardan sonra hərəkətə keçib. İsrail Silahlı Qüvvələri məlumatlara cavab olaraq “öncədən zərbə endirib”.
İsrailin xarici işlər naziri yazır: “İsrail öz vətəndaşlarını və ərazisini məqsədi yəhudi dövlətini məhv etmək olan İranın rəhbərlik etdiyi “şər oxundan” qorumaq üçün fəaliyyət göstərir”.
Bundan əvvəl İDF Livanda Hizbullahın strateji hədəflərinə zərbələr endirib. İsrailin müdafiə naziri Yoav Qalant fövqəladə vəziyyət elan edib. Daha sonra Livandan İsrail ərazisinə 320 raket atılıb.


Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər