Bütün xəbərlər
Paşinyan Ukrayna ilə münasibətləri inkişaf etdirməyə ümid edir
Tarix: 24-08-2024 23:09 | Bölmə: Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyev rejiminin başçısı Vladimir Zelenskiyə müraciətində iki dövlət arasında münasibətlərin ardıcıl inkişafına ümid etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “ümid edirəm ki, bizim birgə səylərimiz qarşılıqlı faydalı əməkdaşlığın yüksəldilməsinə töhfə verəcək”, - mətni hökumətin saytında dərc olunan mesajda deyilir.
Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirmişdi ki, Paşinyan İrəvanı “Ukrayna yolu” ilə aparır.
Qışda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası və Ermənistan Ukrayna məsələsində diametral şəkildə əks mövqedədirlər. Onun sözlərinə görə, Moskva bu mövqedən yaxşı xəbərdardır. Paşinyan fevralda Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə ölkəsinin bu məsələdə Rusiyanın müttəfiqi olmadığını bildirmişdi.


Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər