Bütün xəbərlər
Vladimir Putin Axmat Kadırovu çeçen xalqını xilas edən dost adlandırıb
Tarix: 20-08-2024 22:48 | Bölmə: Siyasət

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müasir Çeçenistanın birinci lideri Axmat Kadırovun məzarı qarşısında baş əyərək onu özünün dostu hesab etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı Kadırovun çeçen xalqının xilasında böyük xidmətləri olduğunu vurğulayıb.
Rusiya lideri Axmat Kadırovun əmisi oğlu, Şimali Qafqaz Federal Dairəsinin Alilər Şurasının rəhbəri Xoj-Əhməd Kadırova “O, mənim dostum, sizin yaxın qohumunuzdur” deyib.
Putinin sözlərinə görə, o, əsl insan, “çox cəsarətli, əsl döyüşçü” idi. Prezident həmçinin vurğulayıb ki, Axmat Kadırov “çeçen xalqı üçün çox şey edib, onları böyük ölçüdə xilas edib”.
"Mən onun üzünü çox yaxşı xatırlayıram - həm qəzəblənəndə, həm də gülümsəyəndə", - deyən dövlət başçısı Axmatın çox layiqli və sadiq insan olduğunu vurğulayıb.
Axmat-Xaji Kadırov 2004-cü il mayın 9-da Qroznı Dinamo stadionunda törədilən terror aktı nəticəsində dünyasını dəyişib.
Bundan əvvəl Vladimir Putinin ata-baba kəndini və Çeçenistanın ilk prezidentinin məzarını ziyarət etdiyi məlum olub.


Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər