Bütün xəbərlər
Bakıda Putin və Əliyev Azərbaycan-Ermənistan nizamlanması məsələsini müzakirə edəcəklər
Tarix: 18-08-2024 19:31 | Bölmə: Siyasət

Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə regional və beynəlxalq siyasət, eləcə də Ermənistan-Azərbaycan nizamlanması məsələlərini müzakirə edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əsas vəzifə hələ də İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasıdır, RİA Novosti xəbər agentliyi Putinin respublikaya səfəri materiallarına istinadən yazır. Bundan əlavə, iki ölkə liderləri Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası, regionda iqtisadi əlaqələrin bərpası məsələlərinə xüsusi diqqət yetirəcəklər.
Xatırladaq ki, Vladimir Putin avqustun 18-dən 19-dək baş tutacaq dövlət səfəri ilə Azərbaycana gələcək.
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlunun dediyi kimi, Moskva ilə Bakı arasında dərin ziddiyyətlər yoxdur. İki ölkə arasında münasibətlər çox yüksək müttəfiqlik səviyyəsindədir.



Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər