Bütün xəbərlər
FSMTC Rusiya Federasiyasından qanunsuz olaraq silah satan ölkələrə etiraz notaları göndərəcək
Tarix: 13-08-2024 12:25 | Bölmə: Siyasət

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti (FSMTC) Rusiya silahlarını qanunsuz satan ölkələrə etiraz notaları göndərir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə FSMTC-nin direktoru Dmitri Şuqayev Ordu-2024 forumunun kənarında RİA Novosti-yə müsahibəsində bildirib. O qeyd edib ki, xidmət Rusiya hərbi texnikasının icazəsiz ötürülməsi hallarını diqqətlə izləyir və belə hallar aşkar olunarsa, müvafiq tədbirlər görür.
Xüsusilə, Rusiya hərbi məhsullarını Ukraynaya rəsmən ötürən bütün ölkələrə rəsmi etiraz notaları göndərilir.



Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər