Bütün xəbərlər
Zaxarova: "ABŞ Rusiya Federasiyasının sərhədlərində vəziyyəti gərginləşdirməyə çalışır"
Tarix: 08-08-2024 10:16 | Bölmə: Siyasət

Qeyri-dost ölkələr yenə də Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xəbərdarlıq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ müttəfiqləri ilə birlikdə regiondaxili ziddiyyətlərdən istifadə etməyə və sərhədlərimizdə vəziyyəti gərginləşdirməyə çalışır.
“Rusiyanı qıcıqlandırmaq istəyi ilə onlar region dövlətlərinin təhlükəsizliyini və maraqlarını təhlükə altına qoyurlar”, - diplomat qeyd edib.
Zaxarova əlavə edib ki, Vaşinqtondan fərqli olaraq Moskva Cənubi Qafqaz ölkələrinin taleyinə biganə deyil. Rusiya davamlı sülhün bərqərar olmasında və yığılmış bütün problemlərin həllində maraqlıdır.
“Biz konstruktiv dialoqun inkişafında Tbilisi, Sxinvali və Suxumiyə hərtərəfli yardım göstərməyə hazırıq”, - o vurğulayıb.



Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər