Bütün xəbərlər
Peskov: "Mübadilə edilən kəşfiyyatçıların övladları onların rus olduqlarını yalnız Vnukovoda biliblər"
Tarix: 02-08-2024 14:46 | Bölmə: Siyasət

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mübadilə çərçivəsində Moskvaya uçan uşaqların Rusiya ilə münasibətlərindən xəbərsiz olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “dünən gələn qeyri-qanuni kəşfiyyatçıların övladları rus olduqlarını yalnız təyyarə Ankaradan havaya qalxanda bildilər, bundan əvvəl rus olduqlarını və ölkəmizlə qohum olduqlarını bilmirdilər”, - deyə, Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, uşaqlar rus dilini bilmir, ona görə də onları hava limanında qarşılayan Vladimir Putin onları ispan dilində qarşılayıb.
Xatırladaq ki, mübadilə avqustun 1-də Ankara hava limanında baş tutub. Aralarında kəşfiyyatçı Artem və Anna Dultsev olan 8 rusiyalı azad edilib. Onların iki övladı mübadilə müqaviləsinə daxil edilib.






Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər