Bütün xəbərlər
Əliyev: "Ermənistanın konstitusiyasını dəyişməyincə İrəvanla sülh müqaviləsi mümkün deyil"
Tarix: 21-07-2024 13:25 | Bölmə: Siyasət

Azərbaycan prezidenti İlham Əliyev deyib ki, bu ölkənin konstitusiyasında Dağlıq Qarabağa birləşməyi təklif edən sənədə istinadlar olduğu müddətcə Ermənistanla sülh müqaviləsi imzalamaq mümkün deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Əliyev bunu İkinci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib. Azərbaycan lideri qeyd edib ki, Müstəqillik Bəyannaməsinə istinad edən Ermənistanın hazırkı konstitusiyası Azərbaycan üçün ərazi təhlükəsi yaradır, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istəyini rəsmiləşdirir.
Əliyevin vurğuladığına görə, Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbləri onun daxili işlərinə qarışmaq kimi qiymətləndirilməməlidir. O qeyd edib ki, konstitusiya beynəlxalq müqavilələrdən üstün olduğu üçün konstitusiyanın bu bəndi sülh sazişinin bağlanmasına mane olur. Əliyev gələcəkdə Ermənistanın öz mövqeyini dəyişə biləcəyindən ehtiyat etdiyini bildirib ki, bu da Azərbaycanı yenidən “sentyabrda (2023) etdiyimizi” etməyə məcbur edəcək.
Mövcud vəziyyətə baxmayaraq, Azərbaycan prezidentinin sözlərinə görə, sülh sazişinin mətni üzərində iş davam edir. Eyni zamanda, Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda Böyük Britaniyada onunla görüşdən imtina etməsini əsas gətirərək, razılığın əldə olunması ilə bağlı nikbinliyinin azaldığını qeyd edib.



Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər