Bütün xəbərlər
Varşava və Kiyev uzunmüddətli müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar
Tarix: 08-07-2024 16:18 | Bölmə: Siyasət

Varşavada Polşa və Ukrayna arasında müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq haqqında saziş imzalanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sənədi Polşanın Baş naziri Donald Tusk və Vladimir Zelenski imzalayıb.
Sazişin imzalanması Zelenskinin Tusk ilə danışıqlardan sonra Polşaya səfəri zamanı baş tutub. İmzalanma mərasimini TVP İnfo yayımlayıb.
Tusk və Zelenski arasında danışıqların əsas mövzularından biri Ukraynanın NATO-ya üzvlük perspektivləri olub. Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, heç kim Kiyevə Ukraynanın yaxın 10 ildə Şimali Atlantika Alyansına qoşulacağına söz verməyib. Zelenski və Tusk ABŞ-da noyabrda keçiriləcək seçkilərdən sonra ABŞ prezidentinin mümkün dəyişməsi ilə bağlı vəziyyəti də müzakirə edəcəklər.
Ukraynalı qonaq Polşa prezidenti Anjey Duda ilə də görüşmək niyyətindədir. Zelenskinin Varşava səfərinin digər təfərrüatları barədə məlumat verilmir. Varşavanın Vladimir Zelenskinin bu hərbi-siyasi təşkilatın 75 illiyinə həsr olunmuş NATO sammitində iştirak edəcəyi Vaşinqtona gedərkən dayanacağına çevrildiyi məlumdur.


Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər