14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Pezeşkiyanın andiçmə mərasimi gələn həftə baş tutacaq
Tarix: 06-07-2024 12:03 | Bölmə: Siyasət

İranın seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimi gələn həftə ərzində baş tuta bilər, bunu Milli Məclisin üzvü Əkbər Rəncbərzadə deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Tasnim" agentliyinə Rəncbərzadə deyib: “İşdəki fasiləyə baxmayaraq, seçilmiş prezidentin komandası hazır olsa, Məclis bu həftə andiçmə mərasimini keçirə bilər.
O, açıqlayıb ki, inauqurasiya mərasiminə xarici qonaqların dəvəti “parlament və hazırkı hökumətlə razılaşdırılmaqla” baş tutacaq.
İyulun 5-də İranda mayın 19-da helikopter qəzasında həlak olan İbrahim Rəisinin ölümü ilə bağlı keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib.
Seçkilər nəticəsində islahatçı namizəd, İranın keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan 16,384 milyon səs toplayaraq qalib gəlib - ümumi səslərin azı 53,6 faizi.



Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər