Bütün xəbərlər
Lavrov və Belarus Xarici İşlər Nazirliyinin yeni rəhbəri ilk görüşünü keçirib
Tarix: 03-07-2024 12:07 | Bölmə: Siyasət

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun yeni xarici işlər naziri Maksim Rıjenkovla görüşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammiti ərəfəsində baş verib.
“BelTa” agentliyinin verdiyi məlumata görə, hər iki ölkənin nazirləri mediaya protokol bəyanatlarından imtina edərək dərhal iş məsələlərini müzakirə etməyə başlayıblar.
Şəxsi görüşdən bir qədər əvvəl Lavrov və Rıjenkovun telefon danışığı da olub, söhbət zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, ittifaqlara inteqrasiya və aktual beynəlxalq problemlər müzakirə olunub.
Rıjenkov əvvəllər Belarus prezidenti administrasiyası rəhbərinin birinci müavini vəzifəsində çalışıb. O, iyunun 27-də Belarusun xarici siyasət departamentinin rəhbəri təyin edilib və bu münasibətlə Lavrov da söhbət zamanı onu təbrik edib.



Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər