07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
Əsirlikdən qayıdan 90 rus əsgərinin olduğu təyyarə Moskvaya gəlib
Tarix: 26-06-2024 11:00 | Bölmə: Siyasət

Mübadilə çərçivəsində Ukraynada əsirlikdən azad edilmiş Rusiya hərbçilərini daşıyan "İl-76" təyyarəsi Moskvaya eniş edib, Rusiya Müdafiə Nazirliyi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyi daha əvvəl məlumat vermişdi ki, danışıqlar nəticəsində 90 hərbi qulluqçu hərbi nəqliyyat təyyarələri ilə geri qaytarılıb.
Müdafiə Nazirliyinin Telegram-kanalında təqdim etdiyi videoda təyyarəyə enəndən sonra yemək, su və isti paltar verildiyi görünür.
İndi əsirlikdən qayıdanlar Müdafiə Nazirliyinin hospitallarında müayinə, müalicə və reabilitasiyadan keçəcəklər.



Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər