Bütün xəbərlər
Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı referendumun keçirilməsinə icazə verib
Tarix: 17-06-2024 17:12 | Bölmə: Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı referendumun keçirilməsi variantını istisna etməyib.  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, ərazilərin mübadiləsi ilə bağlı məsələlər yaranarsa, bu, baş verə bilər.
“Belə bir vəziyyət yarana bilər ki, burada 100 kv.m almaq olar”, - deyə, Paşinyan Sünik rayonunun Sinuayr kəndinin sakinləri ilə görüşündə bildirib. Biz heç nəyə qərar verməyəcəyik, referendum keçirmək lazımdır, siz qərar verəcəksiniz”.
Bir gün əvvəl Paşinyan qeyd edib ki, İrəvan bir ay ərzində Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, tərəflər sərhədin təxminən 13 kilometr uzunluğunda olan hissəsini uğurla razılaşdıra biliblər.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər