17:38 / 16-07-2024
Təbiət Abidələri Ağaclar
Bütün xəbərlər
Gürcüstanda “Qafqaz evi” ideyası mövzusunda beynəlxalq tədbir keçirilib
Tarix: 15-06-2024 18:20 | Bölmə: Siyasət


15 iyun 2024-cü il tarixində Tbilisi şəhərində  “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi həyata keçirdiyi ““Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində beynəlxalq tədbir baş tutmuşdur.
   Tədbirdən əvvəl, iştirakçılar, səfir Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev başda olmaqla, səfirliyinin əməkdaşları ilə birgə 15 iyun Milli Qurtuluş Günü nümansibəti ilə  Ümumilli Lider Heydər Əliyevin Tbilsinin mərkəzində ucaldılmış heykəlini ziyarət etmiş, əklil qoymuşlar.
   Tədbiri giriş nitqi ilə açan M. F. Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyini direktoru Leyla xanım Əliyeva, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin müşaviri Eldar Bayramov, “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd N. Abbasbəyli iştirakçıları salamlayaraq nitqində layihənin məqsədi və görülən işər barədə məlumat vermiş, layihənin, o cümlədən tədbirin həayat keçirlməsində  əməyi keçə hər kəsə- işçi heyətə, ekspertlərə və s. minnətdarlıq bildirdilər.
    Daha sonra ekspertlər Əhməd N. Abbasbəyli “Qafqaz evi” ideyasının tarixi, İlham İsmayılov isə “Müasir dövrdə “Qafqaz evi” ideyasının perspektivləri və regionda sülh və təhlükəsiziliyə təsiri”  mövzularında çıxış etmişlər. Tədbirdə, həmçinin  layihə çərçivəsində üç dildə hazırlanmış və çap edilmiş “Qafqaz evi” regionda sülh və təhlükəsizlik ideyası” kitabının təqdimatı keçirilmişdir. Qeyd edək ki, tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Fuad Rzazadə iştirak etmişdir. 
     Dəyirmi masa işini iştiarkçıları Gürcütanın elm xadimləri, tanınmış ictimai-siyasi təmsilçilər, Gürcüstandakı Azərbaycan icmasının üzvləri, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin ikinci katibi Ramiz Hacızadə və digərləri arasında müzakirələrlə davam etdi, suallar cavablandırıldı. İştirakçılar mövzu ətrafında çıxış edərək, mövzunun aktuallığını, region dövlətlərinin və xalqlarının qonşuluq şəraitində yaşaması, sülhün və təhlükzəusliyi baxımından əhəmiyyəti vurğulamış, görüləcək işlər və problemlətr bbarədə öz fikirlərini  bölüşmüşlər.
 Sonda təbri iştirakçılarına və Gürcüstanın ictimai-siyası təşkilatlarına “Qafqaz evi” regionda sülh və təhlükəsizlik ideyası” kitabı hədiyyə edilmişdir. Məqsəd həmin təşkilatlar vasitəsi ilə kitabın, həmçinin təşəbbüsün regionda yayılmasına nail olmaqdır.

image-ecfb312d-6559-4575-a5ff-f20a1d1f62adimage-5c072dd6-5ccb-462c-87e7-0c6c6f6fd04c
 image-ce4b95d9-2923-469a-99fe-28954a52bbed image-d3e75e13-b3c3-434f-b85c-d0c95f46eb7c  


Baxış sayı: 328


Bölməyə aid digər xəbərlər