Bütün xəbərlər
Putin və Türkiyənin xarici işlər naziri Fidan Suriyanın kürd ərazilərində seçkiləri müzakirə ediblər
Tarix: 15-06-2024 16:14 | Bölmə: Siyasət

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya səfəri zamanı Vladimir Putinlə Suriyanın kürd bölgələrində keçiriləcək seçki mövzusunu ətraflı müzakirə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Əvvəlcə onu qeyd edək ki, orada heç bir terror təşkilatını legitimləşdirmək üçün nəzərdə tutulmuş oyun keçirilir... Suriya rəhbərliyi onlara seçki keçirməyə icazə verməyəcək”, – deyə? “Anadolu” agentliyi siyasətçidən sitat gətirir.
O, həmçinin bildirib ki, xarici işlər naziri Fidan “bu məsələləri cənab Putin və Lavrovla müzakirə edib”.
Ərdoğan Kürdüstan Fəhlə Partiyasının Suriyada sərbəst fəaliyyət göstərə bilməyəcəyinə ümid etdiyini bildirib. “Bizim burnumuzun dibində terror dövləti yaratmağa ehtiyac yoxdur”, - deyə, prezident qeyd edib.
Kürd Muxtariyyəti bələdiyyə sədri seçkilərini iyunun 11-də keçirməyi planlaşdırmışdı, lakin onlar qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı.
Türkiyənin xarici işlər naziri iyunun 11-də Rusiya prezidenti ilə görüşüb. O, Moskvaya səfərindən sonra Nijni Novqorodda keçirilən BRİKS Xarici İşlər Nazirlərinin görüşünə gedib.
Fidanla söhbəti zamanı Putin Ərdoğanla iyulun 3-4-də Astanada beynəlxalq tədbir çərçivəsində görüşmək niyyətində olduğunu açıqlayıb.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər