Bütün xəbərlər
Ermənistan parlamenti yaxınlığında etirazçılarla polis toqquşması başlayıb
Tarix: 12-06-2024 18:55 | Bölmə: Siyasət

Ermənistan parlamentinin binası yaxınlığında respublikanın baş naziri Nikol Paşinyanla “hökumət saatı”nın keçirildiyi yerdə polislə nümayişçilər arasında toqquşmalar başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novostinin yazdığına görə, toqquşmalar Ermənistanın baş nazirinə qarşı etirazçıların parlament binası qarşısında kordonu yarmaq cəhdləri ilə başlayıb, bundan sonra təhlükəsizlik qüvvələri onları geri itələməyə çalışaraq cavab verib.
“İnterfaks” xəbər verir ki, etirazçılar Ermənistandakı etiraz hərəkatının lideri, Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın çağırışı ilə parlamentin yaxınlığındakı polis kordonunu yarmağa cəhd ediblər. Baş yepiskop bildirib ki, bütün giriş və çıxışlar bağlanmalıdır.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər