22:42 / 23-06-2024
1
Bütün xəbərlər
Baş prokuror əmrlər imzalayıb
Tarix: 05-06-2024 08:42 | Bölmə: Siyasət


Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib.
Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinə təyin olunub.
Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinə gətirilib.
Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.


Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər