Bütün xəbərlər
Rusiya, Çin və İran Qərbi nüvə sazişini yeniləməyə çağırıb
Tarix: 05-06-2024 08:09 | Bölmə: Siyasət

ABŞ 2018-ci ildə Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya və İranla imzalanmış nüvə sazişindən çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya, Çin və İran Qərbi “siyasi iradə nümayiş etdirməyə” və nüvə sazişini (Birgə Hərtərəfli Fəaliyyət Planı, JCPOA) canlandırmağa çağırıb. Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Rəhbərlər Şurasının altıncı iclasının gündəliyi çərçivəsində yayılan ölkələrin birgə bəyanatında deyilir.
“Ölkələrimiz ardıcıl olaraq JCPOA-ya güclü dəstək verib... ABŞ-ın qeyri-qanuni və birtərəfli qaydada sazişdən çıxdığı 2018-ci ildən, birtərəfli qeyri-qanuni sanksiyaların tətbiqindən və həyata keçirilməsindən sonra nüvə sazişinə dəstəyimiz dəyişməyib. İrana qarşı maksimum təzyiq siyasəti bu razılaşma üçün dönüş nöqtəsi oldu”, - deyə, "Tasnim" bəyanatında deyilir.
Rusiya Federasiyası, Çin və İran JCPOA-nın bərpası üçün səylərini əsirgəmədiklərini qeyd etdilər. Ancaq razılaşmanın qalan tərəfləri vədlərinə baxmayaraq, fərqli bir kurs seçdilər və "öz siyasi mülahizələrinə" görə sövdələşmənin bərpası məsələlərinə məhəl qoymurlar.
Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran JCPOA-nı 2015-ci ildə bağladılar. Razılaşma İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların ləğvini nəzərdə tuturdu. ABŞ 2018-ci ilin mayında sazişdən çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib.
Bundan əvvəl "Reuters" xəbər vermişdi ki, Fransa, Almaniya və Böyük Britaniya MAQATE-nin Rəhbərlər Şurasına İranın “nüvə eskalasiyasını” pisləyən qətnamə təqdim edib. MAQATE rəhbəri Rafael Qrossi deyib ki, agentliyin İranın nüvə silahı proqramına malik olduğunu təsdiqləyən məlumatı yoxdur.



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər