Bütün xəbərlər
Kirbi: "ABŞ Ukrayna hava hücumundan müdafiə sisteminin Rusiya kosmosunda təyyarələr üzərində işini məhdudlaşdırmır"
Tarix: 04-06-2024 21:29 | Bölmə: Siyasət

ABŞ Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton heç vaxt Ukraynanın hava məkanından kənarda Rusiya təyyarələrinə qarşı hava hücumundan müdafiə vasitələrinin istifadəsini məhdudlaşdırmayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “RİA Novosti” Kirbidən sitat gətirir: “Ukraynalıların düşmən təyyarələrini vurmasına heç vaxt məhdudiyyət qoyulmayıb. Müharibə başlayandan bəri bunu edir”.
Bundan əvvəl NATO-nun baş katibi Stoltenberq alyansı Kiyevin Qərb silahları ilə Rusiya ərazisindəki hədəflərə endirdiyi zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Bu arada İtaliya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə Qərb silahları ilə zərbələr endirməsinə qarşı çıxıb və Fransa prezidenti Emmanuel Makron bildirib ki, Kiyev Rusiya hərbi obyektlərinə zərbə endirmək hüququna malik olmalıdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz növbəsində bildirib ki, Stoltenberq səs-küylü bəyanatlarla öz səlahiyyətlərini açıq şəkildə aşıb. NATO baş katibinin açıqlamalarına Rusiya prezidenti Vladimir Putin də münasibət bildirib.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər