Bütün xəbərlər
Xarici işlər naziri Fidan: "Türkiyə BRİKS-ə qoşulmaq istəyir"
Tarix: 04-06-2024 13:23 | Bölmə: Siyasət

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə BRİKS-ə üzv olmaq istəyir, bu məsələ ittifaq nazirlərinin Nijni Novqorodda keçiriləcək iclasında müzakirə olunacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “əlbəttə, biz BRİKS-in üzvü olmaq istərdik, görək bu il nəyə nail ola bilərik”, – diplomat Çinə səfəri zamanı deyib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan BRİKS Xarici İşlər Nazirləri Şurasında iştirak etmək üçün tezliklə Rusiyaya gəlmək niyyətində olduğunu bildirmişdi. Tədbir 10-11 iyun tarixlərində Nijni Novqorodda baş tutacaq.
Rusiya Federasiyasının BRİKS-dəki rəhbəri Pavel Knyazev mətbuata bildirib ki, iclasda təxminən 20-25 ölkənin nümayəndəsi iştirak edəcək. Lakin dəvət olunanların dəqiq tərkibi açıqlanmayıb.
Hazırda BRİKS-ə 10 dövlət daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Efiopiya. Daha bir neçə onlarla ölkə əvvəllər assosiasiyaya qoşulmaqda maraqlı olduğunu bildirib.



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər