Bütün xəbərlər
Kobaxidze: "Vaşinqtondan maliyyələşən QHT-lər Gürcüstanda inqilablar etməyə cəhd ediblər"
Tarix: 31-05-2024 23:10 | Bölmə: Siyasət

ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları (QHT) Gürcüstanda inqilablara cəhd edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib.
“Söhbət həm də inqilabi mərhələdə dayanan, hökumətin istefasına və onların iştirakı ilə hökumətin qurulmasına çağıran Amerika tərəfindən maliyyələşdirilən QHT-lərdən gedir”, o izah edib.
Kobaxidze onu da bildirib ki, o, niyə 2020-2021-ci illərdə, sonra isə 2022-ci ildə ölkədə bir neçə dəfə inqilaba cəhd edildiyini bilmir. Bununla belə, o, ABŞ-ın Tbilisidəki əvvəlki səfirinin həmin illərdə çox şeyi korladığına diqqət çəkib.
Gürcüstan hökuməti başçısının sözlərinə görə, bu baxımdan iki ölkə arasında münasibətlərə yenidən baxılmalıdır.
Bundan əvvəl İrakli Kobaxidze Gürcüstanda Ukrayna ssenarisi üzrə “Maydan”ın baş verməyəcəyini bildirib. O qeyd edib ki, ölkədə müxalifətin buna gücü çatmır.
Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan xarici agentlər haqqında qanundan imtina etməyəcək.



Baxış sayı: 248


Bölməyə aid digər xəbərlər