Bütün xəbərlər
FSB Sərhəd Xidməti: Qərb Ukrayna ilə sərhəddə vəziyyəti sabitsizləşdirir
Tarix: 28-05-2024 10:38 | Bölmə: Siyasət

Xarici ictimai təşkilatlar və media xüsusi olaraq Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd bölgələrində vəziyyətin sabitliyini pozmaq üçün anti-Rusiya saxtakarlıqları həyata keçirir, FSB direktorunun müavini - Rusiya FTX Sərhəd Xidmətinin rəisi, ordu generalı Vladimir Kulişov bildirib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, belə informasiya və psixoloji əməliyyatların keçirilməsində məqsəd əhali arasında panika yaratmaqdır. O qeyd edib ki, buna baxmayaraq, sərhədyanı rayonların sakinləri Rusiya sərhədçilərinə fəal yardım göstərməkdə davam edirlər.
“Könüllü köməkçilərdən ibarət dəstələr yaradılıb və fəaliyyət göstərir və onlar xeyli sayda inzibati-hüquqi rejim pozuntularını aşkar edirlər”, - Kulışov izah edib.



Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər