Bütün xəbərlər
Paşinyan deyib ki, kilsə təsir agentidir
Tarix: 22-05-2024 19:58 | Bölmə: Siyasət

Erməni Apostol Kilsəsi “təsir agentidir”.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri baş nazir Nikol Paşinyan deyib.
Parlamentdə çıxışı zamanı Ermənistan rəhbəri xatırladıb ki, erkən orta əsrlərdə erməni ruhanilərinin nümayəndələri Qeysəriyyədə xeyir-dua alıb, sonra evlərinə qayıdıblar və orada təsir agentinə çevriliblər. "O vaxtdan bəri onlar üçün heç nə dəyişməyib" deyib.
"Ancaq biz bu məsələni iki-üç aya həll edəcəyik", - Paşinyan söz verib.
Baş nazir bunu arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Tavuş Vətən naminə” müxalifət hərəkatının mitinqləri fonunda bildirib.
Bundan əvvəl erməni kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Paşinyanın istefasına nail olmaq üçün insanları etiraz aksiyaları təşkil etməyə çağırıb. Aksiya iştirakçıları Azərbaycanla sərhədin demarkasiyasına qarşı çıxıblar.



Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər