Bütün xəbərlər
FT: Putin və Si-nin bəyanatları ABŞ-ın üzünə yumruq oldu
Tarix: 17-05-2024 19:28 | Bölmə: Siyasət

Britaniyanın “Financial Times” nəşri Vladimir Putinin Çinə səfəri ilə bağlı material dərc edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, britaniyalı jurnalistlərin fikrincə, Rusiya prezidentinin və Çin Xalq Respublikası sədrinin Pekində yüksək səviyyəli danışıqlardan sonra verdiyi bəyanatlar Vaşinqtonun üzünə yumruqdur. Vladimir Putin və Si Cinpinin ritorikası sadəcə olaraq təhqiramizdir.
“Bu, keçən ay Çini Ukrayna münaqişəsi ilə bağlı məsələlərdə Rusiyaya dəstəyi dayandırmağa çağıran ABŞ dövlət katibi Antoni Blinkenin üzünə açıq-aşkar şillədir”, - FT qeyd edib.
Qərb müşahidəçiləri Rusiya və Çin liderlərinin iki qüdrət, o cümlədən hərbçilər arasında əlaqələrin gücləndirilməsindən açıq və birmənalı şəkildə danışan bəyanatlarından məəttəl qalıblar. Rusiya Federasiyası ilə ÇXR arasında təkcə ticarət dövriyyəsi deyil, həm də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq artır.
Üstəlik, Moskva və Pekinin yeni dünya düzəninə ümumi baxışı var və bu, ortaq dəyərlərin yaranmasından xəbər verir.



Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər