Bütün xəbərlər
Putin xarici agentlərin bütün səviyyələrdə seçkilərdə iştirakını qadağan edib
Tarix: 15-05-2024 20:39 | Bölmə: Siyasət

Rusiya prezidenti xarici agentlərin istənilən səviyyədə seçkilərdə seçilməsini qadağan edən qanunu imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qanunda nəzərdə tutulduğuna görə, artıq seçkilərdə iştirak etmək üçün qeydə alınmış namizəd xarici agentlərin reyestrinə daxil edilə bilməz. Bununla belə, artıq xarici agent kimi tanınan və ya terrorçu və ekstremistlərin reyestrinə daxil edilmiş şəxslər namizədlərin və partiyaların müşahidəçisi, səlahiyyətli nümayəndəsi və ya vəkilatı ola bilməyəcək.
Qanun həmçinin nəzərdə tutur ki, xarici agentlərin reyestrinə daxil edilmiş dövlət orqanlarının nümayəndələri 180 gün ərzində reyestrdən çıxarılmazsa, onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir.


Baxış sayı: 215


Bölməyə aid digər xəbərlər