Bütün xəbərlər
Rusiya prezidenti Fikoya qarşı sui-qəsdi dəhşətli cinayət adlandırıb
Tarix: 15-05-2024 20:34 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdini şərh edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  övlət başçısı hadisəni dəhşətli cinayət adlandırıb.
Vladimir Putin Slovakiya prezidentinə göndərdiyi teleqramda qeyd edib ki, o, Robert Fikonu cəsarətli və iradəli insan kimi tanıyır. Dövlət başçısı ümid edir ki, bu keyfiyyətlər baş nazirə çətin vəziyyətdən çıxmağa kömək edəcək.
Rusiya prezidenti Slovakiyadan olan həmkarından qurbana səmimi dəstək sözlərini çatdırmağı, həmçinin onun tezliklə və tam sağalmasını arzulayıb.
Fikoya sui-qəsd mayın 15-də baş verib. Slovakiyanın baş naziri 71 yaşlı yazıçı Juraj Cintula tərəfindən hücuma məruz qalıb. Xəsarət alan siyasətçinin vəziyyəti ağır qiymətləndirilir.



Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər