Bütün xəbərlər
Zelenskinin ofisi yenidən ABŞ-dan silah tədarükünü sürətləndirməyi xahiş edir
Tarix: 11-11-2023 15:39 | Bölmə: Siyasət

Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Ermak Amerika administrasiyasından Kiyevə vəd edilən silah və sursatların tədarükünü sürətləndirməyi xahiş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Andrey Ermak ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı zamanı hazırda Rusiya qoşunları ilə təmas xəttində yaranmış vəziyyətdən də danışıb.
Bundan əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak cəbhədəki uğursuzluqların səbəbi kimi Qərb silahlarının tədarükünün gecikdirilməsini göstərmişdi. Onun sözlərinə görə, maddi-texniki təchizatdakı gecikmələr Ukraynanın 6-9 ay ərzində əks-hücum üçün “qrafikdən kənar” qalmasına səbəb olub.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər