Bütün xəbərlər
Analarına hədiyyə alarkən baş verən yanğında üç bacı həlak olub
Tarix: 22-09-2026 17:32 | Bölmə: Digər


 Sterlitamakdakı Solneçni ticarət və xidmət mərkəzində analarına ad günü hədiyyəsi alarkən baş verən yanğında üç bacı həlak olub. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Baza" məlumat verib.
Yanğında ölən Sterlitamakdan olan üç bacı ticarət mərkəzində analarına ad günü hədiyyəsi alırdı. İlkin məlumatlara görə, onları ticarət mərkəzinə bacıların həyat yoldaşlarından biri gətirib.Kişi hazırda ağır şok vəziyyətindədir; həkimlər onu müalicə edirlər.
Qeyd olunur ki, qadınlar bu binada yerləşən öz dərzi sexlərinə sahib olublar.
Kommunistiçeskaya küçəsində baş verən yanğın 22 sentyabr çərşənbə axşamı günü günortadan sonra baş verib.Son məlumatlara görə, dörd nəfər ölüb, dörd nəfər yaralanıb.
Bir işçi "Vesti"yə bildirib ki, TSK-da siqnalizasiya işləmir və insanlar mebellə dolu dəhlizlərdən hava almaq üçün dırmaşmağa məcbur olublar. Bəziləri pəncərələrdən tullanıb.




Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər