21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Ermənistan rəhbərliyi Azərbaycana qarşı Avropa içtimaiyətində mənfi fikir formalaşdırmağa çalışır-Kamilə Əliyeva
Tarix: 07-08-2023 22:03 | Bölmə: Siyasət

Ermənistan rəhbərliyi Azərbaycana qarşı Avropa içtimaiyətində mənfi fikir formalaşdırmağa çalışır. Ermənistanın Baş Naziri Paşinyanın söylədiyi fikirləri və təxribat xarakterli hərəkətləri sülh sazişinin imzalanmaslna böyük maneələr törədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 22-də "Euronews" kanalına Azərbaycan dövlətinin bölgədə sülhün təmin edilməsində həyata keçirdiyi siyasət, sülh prosesinə töhfə verə biləcək istənilən platformada danışıqlara müsbət yanaşması barədə verdiyi müsahibə erməni yalanlarını ifşa etdi.
Müharibədən sonra sülhün bərqərar olması üçün Prezident İlham Əliyevin irəli sürdüyü ölkələrin bir- birinin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə gəbul edilmiş sərhədlərin tanınmasını ifadə edən beş əsas prinsip beynəlxalq hüquqa əsaslanır. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxladı, bir milyon azərbaycanlı öz torpaqlarından məcburi şəkildə qovuldu, insanlarımız qətlə yetirildi. Azərbaycan güc və siyasi yolla torpaqlarımızı işğaldan azad etməklə ədaləti bərpa etdi. Azərbaycan bölgədə sülhün yaranması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması təklifini irəli sürdü. Bu, Azərbaycan dövlətinin ədalətli mövqeyinin, bölgədə əmin-amanlığın bərqərar olunmasına çalışmasının nümunəsii idi. Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına Avropa İttifaqının vasitəçilik səylərini yüksək qiymətləndirir. Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlər bir sıra məsələlərin həll olunmasına töhfə verir. Bəzi qüvvələr ATƏT in Minsk qrupunun vasitəçilik missiyasını yenidən bərpa etmək barədə fikirlər səsləndirir. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra əvvəldən fəaliyyət göstərməyən Minsk qrupunun fəaliyyətinin bərpası mümkün deyil və bu təşkilat ölmüş bir qurumdur.
2020-ci noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Bəyannamə imzalanmışdır. Bəyannamə müharibədə Azərbaycan dövlətinin qalib, Ermənistanın isə məğlub olmasını şərtləndirən və atəşkəsin elan edilməsi barədə bir sənəd idi. Müharibədən sonra Rusiyanın iştirakı ilə münasibətlərin normallaşdırılması üçün Moskvada üçtərəfli görüşlər təşkil olunsa da Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra münasibətlərin normallaşdırılmasında Avropa İttifaqı və ABŞ bu missiyanı öz üzərinə götürdü. Azərbaycan münasibətlərin normallaşdırılmasına töhfə verə biləcək istənilən platformada görüşlərin aparılmasına və sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu bəyan etmişdir.
Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər bir birinin ərazi bütövlüyünün, suverenliyinin tanınmasına əsaslanır. Hər iki ölkə arasında bir sıra iqtisadi və ticarət əlaqələri barədə layihələr mövcuddur.
Ölkəmizin Avropa İttifaqı ilə əlaqələri arzu olunan səviyyədədir. Eyni zamanda bu gün Azərbaycan Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır.
Prezident cənab İlham Əliyev müsahibəsində müharibə və müharibədən sonrakı dövrlərdə Laçın yolu ilə bağlı yaranmış vəziyyət barədə məlumat verdi. Müharibədən əvvəl ermənilər Laçın dəhlizi vasitəsilə Qarabağa silah - sursat da daxil olmaqla hər cür yük daşıyırdılar. 2020-ci il 10 noyabr Bəyannaməsindən sonra Laçın yoluna Rusiya Sülhməramlıları nəzarət etməyə başladı, lakin dəhlizdən keçirilən yük daşımalarında mahiyyət dəyişmədi.
Ermənistan Laçın dəhlizi vasitəsilə Azərbaycanın təbii sərvətlərini daşıyırdı. Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri və ekoloji fəallar bu qeyri-qanuni fəaliyyətə etiraz əlaməti olaraq yola müəyyən qədər nəzarət etməyə başladı. Sonrakı dövrdə Azərbaycanın Laçın yolunda nəzarət buraxılış məntəqəsini təsis etməsi beynəlxalq hüquqa əsaslanır. Hər bir suveren, müstəqil dövlətin digər ölkə ilə sərhəddə nəzarət buraxılış məntəqəsi yaratmaq hüquqi vardır. Ermənistan rəhbərliyi Qarabağda yaşayan ermənilərin güya blokadada qalması barədə yaydıqları informasiyaların heç bir əsası yoxdur və onların qaldırdığı iddia Ədalət Məhkəməsi tərəfindən də qəbul edilməmişdir. Nəzarət buraxılış məntəqəsi təsis edildikdən sonra 2000-dən çox sakin Qarabağdan Ermənistana və əks istiqamətdə gedib gəlib. Ölkə başçımız müsahibəsində Qırmızı Xaç Komitəsinin Qarabağda qanunsuz əməllərə yol verməsi barədə də məlumat verdi. Bu təşkilatın avtomobillərində Qarabağa qaçaqmalçılıq yolu ilə malların keçirilməsi aşkarlanmış və onlar özləri də bu faktları etiraf etmişdilər. Ümumiyyətlə Qarabağdakı Qırmızı Xaç Komitəsinin nümayəndəliyinin Bakı ofisinə deyil, İrəvandakı ofisinə tabe olması qeyri qanunidir. 30 illik işğal zamanı ermənilər şəhər və kəndlərimizi viran qoymuş, tamamilə dağıtmışdılar. Şuşa və bir neçə kəndlərimizdə xaricdən gətirilən erməniləri qeyri-qanuni məskunlaşdırmışdılar. Müharibədə qələbəmizdən sonra ermənilərin, Azərbaycanın Ermənistana qarşı torpaq iddiasında olması barədə fikirləri tamamilə əsassızdır. Prezident cənab İlham Əliyev bütün çıxışlarında bölgədə sülhün bərqərar olmasını və Ermənistana qarşı heç bir ərazi iddiasında olmadığımızı vurğulamışdı. Azərbaycan Qarabağda yaşayan ermənilərə seçim hüququ verəcək. Hal - hazırda Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə yaşayan ermənilər gələcəkdə burada yaşamaq istəsələr onların hüquqları Azərbaycanda yaşayan digər milli azlıqların hüquqları ilə eyni qaydada Azərbaycan Konstitusiyasına uyğun qorunacaq və heç bir ayrı-seçkiliyə yol verilməyəcək.
Bu gün separatizmlə mübarizədə Qərb və Avropa Ukraynaya göstərdikləri mövqeyi təəssüf ki, Azərbaycana göstərmir.
Prezident cənab İlham Əliyev müharibədən əvvəl Ermənistandan qovulan azərbaycanlıların öz yurd yerlərinə dönmək hüquqlarının olması barədə də fikirlər söylədi.
Müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistan ərazisində yaşayıb və onlar zorla yaşadıqları yerlərdən qovulublar. Tarix boyu bu ərazilərdə yaşayan azərbaycanlılar etnik təmizlənməyə məruz qalıb və ermənilər azərbaycanlılara məxsus mədəni və irsi abidələri tamamilə dağıdıb. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulduqdan sonra bu insanların da öz evlərinə dönmək hüququ olacaq və bu baş verəcəkdir. Ermənistan hökuməti sağlam düşüncə ilə beynəlxalq hüquqa riayət edərək azərbaycanlıların hüquqlarını və təhlükəsizliklərini təmin edərək onların öz torpaqlarına qayıtmalarına şərait yaratmalıdır.
Qarabağda yaşayan sadə ermənilər Azərbaycanda yaşamaq arzusunda olduqlarını gizlətmirlər. Erməni əsilli Azərbaycan vətəndaşları Laçın yolunun tikintisilə məşğul olan işçilərə yaxınlaşıb münasibət qururlar. Azərbaycan dövləti Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, o cümlədən təhsil, mədəniyyət hüquqlarını qorunmasını təmin edəcək və onlar ölkəmizdə normal şəkildə yaşayacaq.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Baxış sayı: 364
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.