Bütün xəbərlər
Pişik mətbəxdə sobanı yandıraraq yanğın törədib
Tarix: 13-09-2025 12:12 | Bölmə: Digər

Sankt-Peterburqda ev pişiyi mənzildə yanğına səbəb olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gecə, ev heyvanı sensor sobanın üzərində gəzməyə qərar verdi və kilidli olmadığı üçün onu yandırdı. İstilik sobanın üzərində dayanan plastik hava fritözünün alışmasına səbəb olub.
Xoşbəxtlikdən sakinlər yanğını vaxtında aşkar edərək söndürüblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalı xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.



Baxış sayı: 392


Bölməyə aid digər xəbərlər