12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Gürcüstanın baş naziri müxalifəti Ukraynaya muzdlu əsgərlər göndərməkdə ittiham edir
Tarix: 06-12-2022 00:25 | Bölmə: Siyasət


Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, müxalifət nümayəndələri ölkə vətəndaşlarını Ukraynaya döyüşməyə göndərirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,siyasətçi müxalifətçiləri tənqid edib ki, onlar özləri cəbhə xəttinə getmirlər, Ukrayna ərazisində baş verənlər barədə çox danışırlar. Qaribaşvilinin sözlərinə görə, belə insanlar sosial şəbəkələrdə yalnız cəsarətli paylaşımları ilə seçilirlər.
Baş nazir Ukraynada həlak olan ölkə vətəndaşlarının ailələrinə və yaxınlarına başsağlığı verib. İrakli Qaribaşvili qeyd edib ki, münaqişə başlayandan indiyədək onların 33 vətəndaşı başqa dövlətin ərazisində həlak olub.
Bundan əvvəl Ukraynanın Gürcüstandakı səfirliyi Artemovsk vilayətində 6 gürcü hərbçisinin həlak olması barədə məlumat vermişdi.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər