00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
20:00 / 30-09-2026
Putin Qroznının transformasiyasını və Kadırov komandasının nailiyyətlərini yüksək qiymətləndirdi
Malik Həsənov: Azərbaycan gələcəyə daha inamla addımlamaq üçün böyük potensiala malikdir
Tarix: 19-07-2022 19:34 | Bölmə: Siyasət
Baxış sayı: 455
Bölməyə aid digər xəbərlər
Tarix: 19-07-2022 19:34 | Bölmə: Siyasət

“İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə bir daha ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlara və onların fonunda müəyyənləşdirilən prioritetlərə işıq saldı. Azərbaycanın xarici siyasət uğurlarından geniş bəhs edən ölkə Prezidenti İlham Əliyev diqqəti istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin inkişafına, ölkəmizin artan roluna yönəltdi. Reallıq budur ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatındakı uğurlarımız xüsusi olaraq qeyd olunmalıdır. Quruma üzv dövlətlərin yekdil qərarı əsasında Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması ölkəmizin beynəlxalq nüfuzunun, ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinə dəstəyin nəticəsidir. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına davamlı töhfələr verir. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı idi. Ölkələr arasında əlaqələrin inkişafında, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunmasında parlamentlərarası münasibətlərin inkişafına xüsusi önəm verən Azərbaycan Qoşulmama Hərəkatının Palament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi və böyük dəstək qazandı. “Azərbaycan öz sözünə sadiq qalan ölkədir” söyləyən dövlət başçısı bu məqamlara da diqqəti yönəltdi ki, Azərbaycanın beynəlxalq aləmdə rolu, göstərdiyi həmrəylik, ehtiyac içərisində olan ölkələrə maddi, humanitar yardımları və sair kimi mühüm addımlar ölkəmizin nüfuzunun artmasında mühüm rol oynayır. 2019-cu ilin sonlarından dünyanı cənginə alan COVID-lə mübarizədə ölkəmizin daxildə, həmçinin beynəlxalq aləmdə həyata keçirdiyi tədbirlərə, irəli sürdüyü təşəbbüslərə, ən əsası bununla bağlı 80-dən çox ölkəyə maddi və humanitar dəstəyinə diqqət yetirmək kifayətdir. Bu uğurlarımız təsdiqləyir ki, hər zaman ədaləti və beynəlxalq hüququ dəstəkləyən Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır və gələcəyə daha inamla addımlamaq üçün böyük potensiala malikdir”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov vurğulayıb ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafından bəhs edərkən Avropa İttifaqı ilə münasibətlərimizi xüsusi qeyd etməliyik: “Ölkə Prezidenti müşavirədə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı aparılan geniş müzakirələrə diqqəti yönəltdi. Tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması istiqamətində göstərdiyi səylər göz önündədir. Qurum Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır.”
Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda əməkdaşlığın dünənindən, bu günündən və perspektivlərdən geniş bəhs edən millət vəkili iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd edib: “Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatları Azərbaycanla qurum arasında əlaqələrin inkişaf səviyyəsinin aydın mənzərəsini yaratdı. Azərbaycanın təşəbbüsçüsü olduğu enerji layihələri Avropa İttifaqı və ona üzv olan dövlətlər tərəfindən daim böyük dəstək qazanıb. Ölkəmizin uğurla başa çatdırdığı enerji layihələri dünyanın enerji xəritəsini tamamilə dəyişib. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında imzalanan sənədi Avropa İttifaqı ilə əlaqələrimizin inkişafında yol xəritəsi kimi dəyərləndirdi. O da məlumdur ki, 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanmışdır”.
Malik Həsənov ölkə Prezidentinin mətbuata bəyanatında yer alan bu məqama da xüsusi diqqət yönəldib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlanılıb: “Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycan malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməklə həm dayanıqlı inkişafını təmin edir, eyni zamanda, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Məhz uğurlarımız bu reallığı da təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır.”
Millət vəkili Azərbaycanın iqtisadi qüdrətinin, maliyyə imkanlarının artması fonunda ordu quruculuğu sahəsində atılan davamlı addımlardan da bəhs edib: “Tarixi Zəfərimizdən sonra ölkəmizin digər sahələr kimi ordu quruculuğunda atdığı addımları davamlıdır. Ölkəmizin hərbi xərcləri artırılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bir daha bu çağırışı etdi ki, nə qədər lazımdırsa, o qədər də artıracağıq: “Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək.”
“Göründüyü kimi, hər zaman olduğu kimi, bu gün də Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti öz sözünü deyir. Bu günümüzün əsas məsələsi olan tarixi Zəfərimizin reallıqları dünya gücləri tərəfindən dəstəklənir, qəbul olunur və fəaliyyətlərini bu istiqamətdə qururlar. Azərbaycana hazırda beynəlxalq dəstək yüksək səviyyədədir. Digər tərəfdən ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənir. Bu ilin 6 ayının sosial-iqtisadi göstəriciləri bunu bir daha təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin müşavirədəki giriş və yekun nitqi Ermənistana, ona havadarlıq edən dövlətlərə mesajları da özündə ehtiva edir. Əsas məsələ Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn tələblərin Ermənistan tərəfindən yerinə yetirilməsidir. Ermənistana bir daha xəbərdarlıq edildi ki, əgər zərərli meyillərin qarşısı alınmasa, bir gün bunun fəsadı ola bilər. Biz bunu istəmirik, biz sülh istəyirik” , - deyə Malik Həsənov bildirib.
Baxış sayı: 455
Bölməyə aid digər xəbərlər
1-10-2026, 18:27
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
1-10-2026, 18:13
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
30-09-2026, 19:40
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
30-09-2026, 19:26
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
29-09-2026, 17:53
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
29-09-2026, 17:42
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
29-09-2026, 17:33
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
29-09-2026, 01:34
Yeni təyin olunan icra başçısı onun müavini imiş
28-09-2026, 21:43
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
28-09-2026, 16:47
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
28-09-2026, 16:31
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
27-09-2026, 21:00
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
27-09-2026, 20:43
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
27-09-2026, 17:51
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
25-09-2026, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
13-09-2026, 16:43
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib













