Bütün xəbərlər
Möhsün Nağısoylu və daha iki direktor işdən çıxarıldı
Tarix: 02-10-2021 00:06 | Bölmə: Siyasət

                    Möhsün Nağısoylu və daha iki direktor işdən çıxarıldı


AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Rəyasət Heyətinin qərarları ilə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev tutduqları vəzifələrdən azad ediliblər.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq tarix elmləri doktoru Nəcəf Müseyibliyə, Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Natiq Allahverdiyevə həvalə olunub.






Baxış sayı: 316


Bölməyə aid digər xəbərlər