Bütün xəbərlər
Ərdoğanın kitabı ABŞ-da təqdim olundu - Fotolar
Tarix: 20-09-2021 14:15 | Bölmə: Siyasət

                    Ərdoğanın kitabı ABŞ-da təqdim olundu


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabının ABŞ-da təqdimat mərasimi olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın müəllifi olduğu “Daha ədalətli bir dünya mümkündür” adlı kitab “The Manhattan center”də ictimaiyyətə təqdim olunub.
Məlumata əsasən, kitab ingilis və ərəb dillərinə də tərcümə olunub. Qeyd olunur ki, Ərdoğan bu kitabında dünyada ədalətsizlik, miqrant böhranı, beynəlxalq terrorizm və antiislam fəaliyyətlər kimi bir çox məsələlərə toxunub.
Kitab ABŞ-da səfərdə olan Ərdoğanın BMT Baş Assambleyasında görüşəcəyi ölkə liderlərinə də təqdim ediləcək.







Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər