Bütün xəbərlər
İran Prezidenti Paşinyanla görüşdü - Foto
Tarix: 17-09-2021 11:24 | Bölmə: Siyasət

                   İran Prezidenti Paşinyanla görüşdü



İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı erməni KİV orqanları yayıb.
Məlumata əsasən, görüş Tacikistanda baş tutub.
Qeyd edək ki, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sessiyalarında iştirak etmək məqsədilə Düşənbə şəhərində səfərdədir.
***
Görüş zamanı İran Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında fasiləsiz yükdaşımaların təşkilini və bölgədəki vəziyyəti müzakirə ediblər.


Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər