Bütün xəbərlər
“O da bizə sataşmaq idi”
Tarix: 30-08-2021 19:48 | Bölmə: Siyasət

                   “O da bizə sataşmaq idi”


“Yeni hotel beşulduzlu olacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” hotellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxış edərkən deyib. 
Dövlət başçısı bildirib ki, beşulduzlu hotelin yeri də mənim tərəfimdən seçilib: “Mənfur düşmən həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi”.













Baxış sayı: 364


Bölməyə aid digər xəbərlər