Bütün xəbərlər
Mehriban Əliyeva Şuşaya gedərkən çəkdiyi görüntüləri paylaşdı - Video
Tarix: 29-08-2021 19:54 | Bölmə: Siyasət

Mehriban Əliyeva Şuşaya gedərkən çəkdiyi görüntüləri paylaşdı



Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya gedərkən çəkdiyi görüntüləri paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, birinci xanım instaqram postunu “İşğaldan azad olunmuş ərazilərə növbəti səfərimiz. Şuşaya gedərkən.” şərhi ilə paylaşıb.
“Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də, dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir.
Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”, - Prezident bildirib.

               


Baxış sayı: 278


Bölməyə aid digər xəbərlər