18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Adil Əliyev: Son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər müsbət məqamları görmək mümkündür
Tarix: 24-07-2021 15:44 | Bölmə: Siyasət
Baxış sayı: 462
Bölməyə aid digər xəbərlər
Tarix: 24-07-2021 15:44 | Bölmə: Siyasət

Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ölkəmizin regionlarının da davamlı inkişafında mühüm rola malikdir. Təbii ki, bu səfərlər həm də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının ölkəmizin qərb bölgəsinə son səfəri də bu qəbildəndir.
Bu fikirlər Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin AZƏRTAC-a açıqlamasında yer alıb.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından regionların davamlı inkişafının xüsusi önəm daşıdığını söyləyən Adil Əliyev deyib: “Belə ki, regionların kənd təsərrüfatı, turizm, dağ-mədən sənayesi və digər sahələr üzrə potensialından daha da səmərəli istifadə olunması iqtisadiyyatımızın qeyri-neft sektorundan asılılığını minimuma endirməklə ölkəmizin dayanıqlı inkişafını təmin etmiş olacaq. Prezident İlham Əliyevin Daşkəsənə, Naftalana və Goranboya səfəri çərçivəsində açılışını etdiyi obyektlər də ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı siyasətin bariz göstəricisidir. Bununla yanaşı, bu səfər zamanı Daşkəsəndə su təchizatı və kanalizasiya sistemlərinin, Goranboyda yeni yolun istismara verilməsi, Naftalanda körpələr evinin açılması sosial sahənin inkişafının daim dövlətimizin diqqət mərkəzində olduğunu nümayiş etdirir”.
Milli Məclis sədrinin müavini bildirib ki, Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə də bu istiqamətlərdə bütün işlərin plan üzrə getdiyini və regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icra edildiyini bir daha diqqətə çatdırdı. Dövlətimizin başçısı geniş müsahibəsində, həmçinin cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına ətraflı nəzər saldı və bir sıra önəmli məqamları xüsusi qeyd etdi.
“Hazırkı reallıqlar fonunda bütün dünyada iqtisadi tənəzzülün müşahidə olunduğu bir vaxtda Azərbaycan iqtisadiyyatında 2 faiz, qeyri-neft sektorunda isə 5 faiz artımın olması çox yaxşı göstəricidir və görülən səmərəli işlərin təzahürüdür. Son illər kənd təsərrüfatı sahəsində görülən işlər də öz müsbət nəticəsini verməkdədir. Bu istiqamətdə altı ay ərzində 5,6 faiz artım əldə edilib. Valyuta ehtiyatlarımızın 1 milyard dollar artması isə xüsusi diqqət çəkən məqamdır. Çünki hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır, həmçinin pandemiyanın iqtisadiyyatımıza mənfi təsirləri olub. Lakin bütün bunların fonunda valyuta ehtiyatlarımızda 1 milyard dollar artım olub ki, bu da iqtisadi siyasətimizin doğru istiqamətdə olduğunu göstərir. Bir sözlə, Cənubi Qafqaz iqtisadiyyatında 60 faiz paya malik güclü iqtisadiyyat formalaşdıran Azərbaycanda son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər pozitiv meyilləri görmək mümkündür” , - deyə Adil Əliyev vurğulayıb.
Dövlətimizin başçısının müsahibəsində digər mühüm məqamlara da toxunduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Şərqi Zəngəzurun və Qarabağın yenidən dirçəldilməsi istiqamətində görülən işlər barədə də ölkə ictimaiyyətinə ətraflı məlumat verdiyini xatırladan komitə sədri bildirib: “Əvvəla qeyd edim ki, bu gün azad olunmuş torpaqlarımızda görülən işlərdə vətəndaşlarımızın rəyinin nəzərə alınması və ictimaiyyətin oradakı işlərlə bağlı mütəmadi məlumatlandırılması çox müsbət amil kimi dəyərləndirilir. Bu gün minatəmizləmə işləri ilə bərabər, enerji təsərrüfatının, yol infrastrukturunun qurulması istiqamətində də mühüm işlər görülür. Prezident bu ilin sonuna qədər azad edilmiş torpaqlarda bütün elektrik təsərrüfatının qurulacağını, orada 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığın əldə olunduğunu bəyan etdi”.
Bu gün yaşadığımız postmüharibə dövründə kifayət qədər çağırışların mövcud olduğunu söyləyən Adil Əliyev bildirib ki, Azərbaycan postmüharibə dövrünün gündəliyinin böyük qismini müəyyən edir. Düşünülmüş siyasət, hücum diplomatiyamız, vaxtında atılmış addımlar sayəsində ölkəmiz müharibədən sonrakı vəziyyətə də tam nəzarət edir və bütün işlər uğurla aparılır. Bununla yanaşı, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın özündə belə siyasi gündəliyin müəyyən hissəsi məhz Azərbaycan tərəfindən formalaşdırılır. Bu gün nəinki regionda, hətta artıq dünya miqyasında ən çox danışılan mövzulardan biri də Zəngəzur dəhlizinin açılması məsələsidir. Azərbaycan Televiziyasına müsahibə zamanı Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən müxtəlif qüvvələrə də qəti mövqeyimizi bir daha açıq və birmənalı şəkildə çatdıraraq dedi: “...bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır”. Əlbəttə ki, bu dəhlizin açılması Ermənistan da daxil olmaqla bölgənin inkişafına, region xalqlarının maraqlarına xidmət edəcək. Həmçinin yeni regional əməkdaşlıq formatı üçün əlverişli zəmin yaradacaq. Ona görə də bu dəhlizin və digər kommunikasiyaların açılması Ermənistandakı hazırkı ağır və acınacaqlı vəziyyətdən yeganə çıxış yoludur. Təəssüf ki, Ermənistan rəhbərliyi və bəzi qüvvələr hələ də bunu dərk etmək istəmirlər.
Təbii ki, müharibədən sonra sülh danışıqlarının başlanması, kommunikasiyaların açılması gözləniləndir. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə buna hazır olduğunu bəyan edib. Lakin hələ də yeni reallıqlarla barışmaqda çətinlik çəkən Ermənistan müxtəlif bəhanələrlə bu prosesdən yayınır, bu ölkədəki siyasi qüvvələr isə pozuculuq fəaliyyətlərini davam etdirmək istəyirlər. Prezident İlham Əliyev müsahibəsində Ermənistanda bu cür düşünənlərə statusun yerini xatırladaraq xəbərdarlıq etdi: “Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.
Baxış sayı: 462
Bölməyə aid digər xəbərlər
Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.













