Bütün xəbərlər
Ermənilərin cəbhədə törətdikləri təxribatla bağlı növbəti yalanı
Tarix: 24-07-2021 00:26 | Bölmə: Siyasət

                    Ermənilərin cəbhədə törətdikləri təxribatla bağlı növbəti yalanı


Bu gün cəbhənin Kəlbəcər istiqamətində baş verən gərginlik və düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz gizir Fərman Yaqublunun snayperlə vurulub şəhid edilməsi ilə bağlı Ermənistan KİV-lərində həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.
"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrin Ermənistan seqmentində belə bir məlumat yayılıb ki, guya Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında hansısa insident yaşanıb və baş verən hadisə onun nəticəsidir.
Lakin Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçumuzun düşmən tərəfindən snayperlə vurulması ilə bağlı rəsmi məlumat yayıb və məsuliyyəti Ermənistan tərəfinin daşıdığını bildirib. Bununla bağlı Azərbaycan XİN də rəsmi bəyanatla çıxış edib. 
Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Azərbaycan, beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır.
Odur ki, azərbaycanlı sosial şəbəkə istifadəçilərini bu cür yalan və təxribatlara uymamağa, ancaq rəsmi məlumatlara etibar etməyə çağırırıq. 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi az əvvəl rəsmi məlumat yayaraq dövlət sərhədinin Kəlbəcər sahəsində atışmanın hazırda da davam etdiyini bildirib. Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.



Baxış sayı: 311


Bölməyə aid digər xəbərlər