Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi
Tarix: 23-07-2021 17:28 | Bölmə: Siyasət

                      Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi


Prezident İlham Əliyev müdafiə nazirinin müavini Kərim Vəliyevlə bağlı sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan müdafiə nazirinin müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.
Qeyd edək ki, daha öncə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov olub. O, 1993-2020-ci illərdə bu postda olub.


Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər