Erməni təxribatlarının qarşısının alınması ilə bağlı tapşırıq
Tarix: 19-07-2021 17:33 | Bölmə: Siyasət

                  Erməni təxribatlarının qarşısının alınması ilə bağlı tapşırıq


Bu gün Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirə zamanı nazir Zakir Həsənov müharibə hazırlığından danışıb.
“Qafqazinfo” xəbər verir ki, Z.Həsənov çıxışında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi “Artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq” fikirlərini müşavirə iştirakçılarına çatdırıb.
Zakir Həsənov şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinin vacibliyini qeyd edib.
Nazir döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsini tapşırıb.
Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.


Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər