Bütün xəbərlər
“Jurnalistlərin binası” ilə bağlı Əhməd İsmayılovdan açıqlama
Tarix: 02-07-2021 17:50 | Bölmə: Siyasət

                 “Jurnalistlərin binası” ilə bağlı Əhməd İsmayılovdan açıqlama


“Jurnalistlər üçün tikilən son bina hələ podratçı şirkət tərəfindən təhvil verilməyib”. 
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, binada hələ görüləcək işlər var: “Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat yoxdur. Eyni zamanda jurnalistlərə verilməsi barədə də hər hansı qərar yoxdur. Qərar olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.



Baxış sayı: 481


Bölməyə aid digər xəbərlər